Dünya

Çavuşoğlu: Türkiyə xalqı ABŞ-ı dostu və müttəfiqi hesab etmir

13 Fevral 2018 20:58
0 Şərh     Baxış: 882

Türkiyə xalqı ABŞ-ı dostu və müttəfiqi hesab etmir və bu, Vaşinqtonun PYD və YPG terrorçularına münasibəti ilə bağlıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, Afrində əməliyyatlar başladığı gündən Türkiyə ABŞ-la səmimi olub, amma Ağ Ev administrasiyası əvvəllər olduğu kimi Türkiyə ilə münasibətdə öz vədinə sadiq qalmayıb: "ABŞ Türkiyənin tələblərini yerinə yetirməli, Suriyada PYD və YPG terrorçularına dəstəyi dayandırmalıdır".

M.Çavuşoğlu onu da əlavə edib ki, ABŞ Türkiyənin maraqlarına hörmət etməlidir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.