Dünya

Rusiyada təyyarə qəzasının ilkin səbəbi açıqlandı

13 Fevral 2018 17:57
0 Şərh     Baxış: 2 258
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada sərnişin təyyarəsinin qəzaya uğramasının ilkin səbəbi açıqlanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Dövlətlərarası Aviasiya Komitəsinin (DAK) Moskva vilayətində "An-148" təyyarəsinin qəzaya uğramasının araşdırılması ilə bağlı yaradılan komissiyası "qara qutu"nu incələdikdən sonra məlumat yayıb

Komissiyanın məlumatında qeydə alınan məlumatların və keçmişdə baş verən analoji hadisələrin təhlili əsasında pilotların indikatorlarında uçuşun sürətinin düzgün əks olunmaması qənaətinə gəlindiyi deyilir.

Xatırladaq ki, "Saratov airlines" şirkətinə məxsus "An-148" təyyarəsi fevralın 11-də "Domodedovo" aeroportundan havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Hava gəmisinin göyərtəsində 65 sərnişin və 6 ekipaj üzvü olub, onların hamısı ölüb.

Sərnişinlər arasında Azərbaycan vətəndaşı Namiq Qəhrəmanov da olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.