Dünya

Bu toyuğun yumurtasının üzərindəki yazı görənləri HEYRƏTLƏNDİRİR - VİDEO - FOTO

14 Fevral 2018 16:34
3 Şərh     Baxış: 5 758

Türkiyənin Mersin şəhərinin Silifke qəsəbəsində yaşayan Ayşe Civelekin toyuğu üzərində "1" yazılmış yumurta yumurtalayıb.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, Civelek bu yumurta ilə maraqlanana onu min lirədən satacağını deyib.

25 ildir yumurta satan Ayşe Civelek səhər saatlarında hindən yumurtaları götürməyə gedərkən üzərinə "1" yazılmış yumurtanı görüncə heyrətlənib.

Dolanışığını yumurta sataraq təmin edən Ayşe Civelek "25 ildir toyuq saxlayıram. Toyuq alıb, satıram. 25 ildə ilk dəfə belə bir şey gördüm. 1 nömrəli yumurta görənləri heyrətləndirir. Yumurtanın qiyməti 1 lirə, ancaq bu yumurtanın üzərində 1 yazdığı üçün min lirədən satacağam. Min lirəni gətirən, üzərində 1 lirə yazılan yumurtanı apara bilər" deyib.

"ALLAHIN LÜTFÜ"

Yumurtanı əlinə götürən Civelekin qonşusu İsmail Keser isə: "Bu Allahın bir lütfüdür. İnanmayanlara gözəl bir örnəkdir. Bu, Cənab-i Allahın bir olduğunu göstərən bir hadisədir. İnanclı insanlar buna Allahın bir lütfüdür deyər" deyib.

Məhəmməd Vaqif
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bu toyuğun yumurtasının üzərindəki yazı hər kəsi ŞOK EDİR

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Gullu · 14 Fevral 17:4373

    Bizim heytde toyugun yumurtasinda Allah kelmesi vardi.iller once olub

    Cavab yaz
    • Anonim
      Gullu · 14 Fevral 18:5440

      Inanmirsiz ona gore dislike edirsiz?sizin dislike-niz yazdigim heqiqeti deyishmir

      Cavab yaz
  • Anonim
    An · 14 Fevral 17:5130

    Yeqin ne vaxtsa yarışda birinci olacaq

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.