Dünya

Kiyevdə BOMBA həyəcanı - Məhkəmə binası boşaldıldı

13 Fevral 2018 17:32
0 Şərh     Baxış: 600
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kiyevdə anonim zəngdən sonra məhkəmə binası təxliyə olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, günorta saatlarında polis idarəsinə şəhər məhkəmə binasına bomba qoyulması barədə zəng daxil olub.

Zəngdən dərhal sonra 200-ə yaxın şəxs binadan çıxarılıb və axtarışlar aparılıb.

Aparılan yoxlamalar nəticəsində binada partlayıcı maddə aşkar edilməyib.

Hazırda zəngin mənşəyi ilə bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.