Dünya

Aktrisanın qardaşı bağ evində ölü tapıldı - Son dəfə cavab yazıram - FOTO

13 Fevral 2018 15:44
0 Şərh     Baxış: 10 600
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İllərdir aralarında problem olduğu deyilən Sarah Cessika Parker ilə Kim Kattrall arasında yeni bir qalmaqalın əsası qoyulub.

Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, "Sex and the City" serialında həmkar olan cütlükdən Kim Katrallın 55 yaşlı qardaşı bir neçə gün öncə bağ evindən ölü tapılıb.

Hadisədə sonra Sarah Cessika Parker instagram-da Kattralla başsağlığı verib. Ancaq məşhur aktyorun Parkerin mesajına cavabı xeyli sərt olub.

61 yaşlı Kattrall keçmiş film həmkarına hər kəsi şok edən bir cavab yazıb:

"Anam "Bu iki üzlü Sarah Cessika Parker səni nə zaman rahat buraxacaq?" deyə soruşdu. Mənimlə əlaqə yaratmağın, nə qədər amansız biri olduğunu mənə xatırladır. Bunu açıqlayım - Sən mənim rəfiqəm və ya ailə üzvüm deyilsən. Sənə son dəfə cavab yazıram. "Yaxşı qız" imicini artırmaq üçün bizim vəziyyətimizi dramatikləşdirməkdən əl çək."

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.