Dünya

Toylarına 4 gün qalmışdı: qız nişanlısını öldürdü - FOTO

13 Fevral 2018 15:31
4 Şərh     Baxış: 7 593
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstanbulun Esenyurt rayonunda 8 ay öncə mübahisə etdiyi nişanlısı Ali Ayberk Kahvecini (23) bıçaqla öldürdüyü iddia edilən Ayşenur Yılmazın (23) 18 ilə qədər həbsi istənilib.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, toylarına 4 gün qalmış nişanlısını öldürən şübhəli hakim qarşısına çıxıb.

Məhkəmədə ifadə verən Ayşenur: "Mən Ali Ayberki çox sevirdim. Xəyallarımız var idi. Öldürmək kimi bir niyyətim yox idi" deyib.

Ayşenur sonra ifadəsində "Olay günü də telefonda danışarkən qışqırdı. "Niyə telefona cavab vermirsən, baxmırsan" dedi. Mən də sakit olmağını istədim. Mənə dəfələrlə təhqiramiz sözlər dedi. Mən telefonu söndürdüm. Yenidən zəng etdi. Ancaq cavab vermədim. Mən ailəmlə yaşadığım evdəydim. Evdə sadəcə əmim qızı F.A. var idi. Ali bu evə gəldi. Mənə hücum edib, döydü. Əmim qızı F.A. araya girməyə çalışdı, amma bacarmadı. Mən o an mətbəxə qaçıb, oradan götürdüyüm bıçaqla o üzərimə gələndə vurdum" ifadələrini işlədib.

Xəstəxanaya çatdırılan Ali Ayberk Kahvecinin həyatını xilas etmək olmayıb. Ayşenurun qohumlarından biri xəstəxanadan evdə olan F.A-ya zəng edərək yerdəki və bıçaqdakı qanı təmizləməyini istəyib.

Məhkəmə F.A. barədə də "cinayətin izini itirmək və gizlətmək" əməllərinə görə 6 aydan 5 ilə qədər həbs tələbi irəli sürülüb.

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.