Dünya

"Türkiyə NATO-nun qaydalarına tabedirsə, Amerika da tabe olmalıdır"

13 Fevral 2018 13:58
0 Şərh     Baxış: 1 622
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Terrorçulara təslim olmağımızı istəyirlər.

Milli.Az Sputniknews-a istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı deyib.

"Terrorçulara təslim olmağımızı istəyirlər. Bu, necə NATO üzvlüyüdür? NATO-nun bütün maddələri, hökmləri üzvləri üçün eynidir. Türkiyə NATO-nun qaydalarına tabedirsə, Amerika da tabe olmalıdır. Hamı eyni dərəcədə qanunlara riayət etməlidir. Əgər sən YPG, PYD-ni terrorçu hesab etmirsənsə və onlar da NATO-da müttəfiqin olan dövlətə hücum edirsə, NATO üzvü olaraq buna mane olmalısan".

Amerikanın terrorçulara dəstək olduğunu söyləyən Ərdoğan Amerika xalqına səslənib:

"Buradan Amerika xalqına səslənirəm. Amerika büdcəsindən çıxan bu pullar Amerika xalqının cibindən çıxır".

Bəxtiyar Umarlı
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.