Dünya

Yerevanda deputatlar dava etdilər - Bankaya görə - VİDEO

13 Fevral 2018 14:01
1 Şərh     Baxış: 1 359

Yerevanda Ağsaqqallar Şurasının (şəhər şurası) iclasında deputatların əlbəyaxa davası baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, davaya səbəb müxalif "Yerkir tsirani" partiyasının qaldırdığı məsələ olub.

Qeyd olunur ki, iclas zamanı sakinlərin üfunət qoxusunun yayılması ilə bağlı şikayəti müzakirə olunub. Müxalifətçilər isə həmin bölgədən çirkab suların doldurulduğu bankanı iclasa keçirməyə və onu Yerevanın meri Taron Marqaryana təqdim etməyə çalışıblar.

Nəticədə deputatlar arasında dava başlayıb. Davada qadınlar da iştirak edib.

Hadisə ilə əlaqədar iclasın işi yarımçıq dayandırılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    4444 · 13 Fevral 16:3900

    yerevan yox Irevan

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.