Dünya

Amerikalılar 35 rusiyalı hərbçini öldürdülər - FOTO

13 Fevral 2018 11:47
0 Şərh     Baxış: 2 260

ABŞ-ın başçılıq etdiyi hərbi koalisiyanın bombardmançı təyyarələrinin fevralın 8-də Suriyanın Deyr əz Zor vilayətində hökumət qoşunlarının mövqelərini bombalaması nəticəsində 124 hərbçi həlak olmuşdu.

Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, "Inherent Resolve" ("Sarsılmaz qətiyyət") əməliyyatı çərçivəsində həyata keçirilmiş bombardmanda həlak olanlar arasında 35 rusiyalı hərbçi də var.

Onlar "Vaqner" özəl hərbi şirkətinin əməkdaşlarıdır.

Həlak olmuş rusiyalı hərbçilərdən, sadəcə, 5-nin ad və soyadları məlumdur. Onlar Kirill Ananyev, Aleksey Ladıqin, Stanislav Matveyev, İqor Kosoturov və Vladimir Loqinovdur. Onların hamısı əvvələr Ukraynanın şərqində, Donbasda separatçıların sıralarında vuruşmuşdular.

İlkin məlumatlara görə, "Vaqner"in hərbçiləri Hişam yaşayış məntəqəsini kürdlərin PYD və YPG terror qruplaşmalarından azad etməyə çalışırdılar.

Bu zaman onları ABŞ-ın hərbi təyyarələri bombalayıblar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.