Dünya

Əməliyyatçılar Saakaşvilini saçlarından tutub sürüdülər - VİDEO

13 Fevral 2018 10:34
7 Şərh     Baxış: 3 736

Kiyevdə keçmiş Odessa vilayəti meri Mixail Saakaşvilinin saxlanılmasında 10-dan çox əməliyyatçı iştirak edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Zrada çi Peremoqa" "Telegram" kanalının yaydığı "Suluquni" restoranının müşahidə kamerasından çəkilmiş videogörüntüdə əməliyyatçıların onu məcburi şəkildə binadan çıxardığını görmək olur.

Kadrlarda növbə ilə üzü maskalı və kamuflyaj geyimdə olan 14 nəfərin restorana daxil olması, Saakaşvilini yerə yıxmaları, daha sonra isə saçlarından dartaraq çölə çıxarması əksini tapır.

Daha sonra açıqlama verən Saakaşvili ukraynalı əməliyyatçıları faşistlərlə müqayisə edərək, ona qarşı çox kobud davranmaqla güc tətbiq etdiklərini bildirib.

Qeyd edək ki, fevralın 12-də Ukrayna sərhəd xidmətinin xüsusi təyinatlıları Saakaşvilini restoranda saxlayaraq, onu helikopterlə Borispol aeroportuna aparıb, daha sonra isə Ukrayna vətəndaşlığından məhrum olan siyasətçi təyyarəyə mindirilib və Polşa paytaxtına göndərilib.

Xatırladaq ki, 2017-ci ilin sonlarında, Kiyev dairə-inzibati məhkəməsi vətəndaşlığı əlindən alınan Saakaşvilinin ölkədən ekstradisiyasına əngəl olacaq hər hansı halın və ya səbəbin olmadığını qət edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

7 Şərh:

  • Anonim
    ARIZ · 13 Fevral 10:4830

    cox heyif yaxsi insanlara yer yoxdu bu,dunyada.

    Cavab yaz
  • Anonim
    dd · 13 Fevral 11:0050

    Bəli Saakaşvili kişi adamdı.Gürgüstanı Rus işğalından qurtardı azad parlament yaratdı rüşvəti yox elədi...Ama Ukraynada heyf ki buna hələki nail ola bilməyib..

    Cavab yaz
  • Anonim
    Nardaşa · 13 Fevral 11:2110

    Gəmidə oturub ,kapitanla dava salmaq da olmaz axı ...

    Cavab yaz
  • Anonim
    Resid-32 · 13 Fevral 11:4210

    Duzdu Sakasvili kisi adamdi amma gemide oturub da gemici ile dava etmey duz gelmir.

    Cavab yaz
    • Anonim
      sena · 13 Fevral 11:4800

      Yaziq bu kiwinin ne gunahi var gah binanin damindan surutduyurler gahda sacdarini yolurlar))

      Cavab yaz
      • Anonim
        IMF · 13 Fevral 13:0100

        Axiri yaxshi olsun.Vaxt gelecek Saakashvilin heykelini ucaldacaqlat

        Cavab yaz
  • Anonim
    UZAQ DIYAR · 13 Fevral 13:5500

    Görecekli günlerin varmish ay Saakashvili...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.