Dünya

Avtobus sürücüsündən şəhid anasına qarşı TƏRBİYƏSİZLİK - Kameraya düşdü - FOTO

13 Fevral 2018 10:09
0 Şərh     Baxış: 3 582
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Adana şəhərində pulsuz nəqliyyat kartı olmasına baxmayaraq şəhid anası olan yaşlı qadından 2,5 lirə gediş haqqı tələb edən şəhər daxili sərnişin avtobusu sürücüsü Eren G. polis tərəfindən saxlanılıb.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, sürücünün şəhid anasına qarşı həyasızca davrandığı o an avtobusun təhlükəsizlik kamerasında əks olunub.

Hadisə 4 fevral günü baş verib.

Şəhid anası ilə avtobus sürücüsünün dialoqunu təqdim edirik:

Şəhid anası: Sən əsgərlikdə xidmət etdinmi?

Eren G.: Etdim, xala. Niyə etməyim ki?!

Şəhid anası: Biz də vətənə şəhid verdik.

Eren G.: Verə bilərsən. Mən vergimi verirəmmi? Verirəm. Dövlət sənə bu haqqı veribsə, mənə də pulunu vermək məcburiyyətində. Bu, özəl sərnişin avtobusudur, dövlətin avtobusu deyil. Benzin yandırır. 

Sürücünün prokurorluqda dindirlməsi davam edir.

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.