Dünya

Dubayda dünyada ilk pilotsuz kapsullar nümayiş etdirilib

12 Fevral 2018 22:49
0 Şərh     Baxış: 1 433
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu günlərdə Dubayda keçirilən Dünya Hökumət Sammitində Dubayın Yollar və Nəqliyyat İdarəsi dünyada ilk pilotsuz kapsulları sınaqdan keçirib. Yerli KİV-lərin yaydığı məlumata görə, kapsullar kiçik və orta məsafələrə səfərlər üçün nəzərdə tutulub. 

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, mobil nəqliyyat sisteminin iki irimiqyaslı prototipi nümayiş etdirilib. "NEXTFutureTransportationInc" şirkəti tərəfindən işlənmiş və layihələndirilmiş kapsulların uzunluğu 2,87 metr, eni 2,24 metr, hündürlüyü 2,82 metrdir. Hər birinin çəkisi təqribən 1,5 min kiloqram olan kapsulda 10 sərnişin yeri ( altı oturaq, dörd ayaq üstə) var. Kapsulların təchiz edildiyi batareyalar 3 saat işləməyi təmin edir və altı saat ərzində dolur. Nəqliyyatın hərəkət sürəti saatda 20 kilometrdir.

Bildirilir ki, avtonom kapsullar xüsusi zolaqla hərəkət edir. Konkret hallardan asılı olaraq onlar dərhal zolağa birləşə və ayrıla bilər. Birləşmə və ayrılma proseslərini həyata keçirmək üçün kapsullar kameralar və elektromexaniki texnologiyalarla təchiz edilib. Bu funksiyaları hərəkət zamanı aktivləşdirmək olar. Sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün yeni kapsulların üç müdafiə sistemi var. Əsas sistem 3D-kameralardan ibarətdir, ikincisi adi kameralara dayanan ehtiyat sistemdir, sonuncusu isə operator tərəfindən əllə idarə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.