Dünya

Polis: Kiçik Donald Trampa göndərilən zərf təhlükəli deyil - YENİLƏNİB

12 Fevral 2018 23:33
0 Şərh     Baxış: 1 043

23:33

Kiçik Donald Trampın yaşadığı ünvana göndərilən ağ tozlu zərf təhlükəli deyil.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ABC telekanalı Nyu-York polisinə istinadən xəbər verib.

Məlumata görə, zərfi açdıqdan sonra xəstəxanaya yerləşdirilən kiçik Donal Trampın xanımı və daha iki nəfərin vəziyyəti normaldır.  Hazırda naməlum maddə tədqiqat üçün laboratoriyaya aparılır.

Qeyd edək ki, bundan əvvəl kiçik Donald Trampın həyat yoldaşı Vanessa naməlum ağ tozlu zərfi açdıqdan sonra xəstəxanaya yerləşdirilib.

---------

22:43

Kiçik Donald Trampın həyat yoldaşı Vanessa naməlum ağ tozlu zərfi açdıqdan sonra xəstəxanaya yerləşdirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ABC telekanalı Nyu-York polisinə istinadən xəbər verib.

Məlumata əsasən, zərf kiçik Donald Trampın yaşadığı ünvana gətirilib. Məlumata əsasən, qadına müvafiq tibbi yardım göstərilib. Onun vəziyyəti barədə məlumat verilmir.

Hazırda hadisə yerində təhlükəsizlik xidmətlərin əməkdaşları işləyir.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.