Dünya

Putin və Tramp arasında telefon danışığı olub

12 Fevral 2018 22:03
0 Şərh     Baxış: 1 179

Rusiya prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında telefon danışığı olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya dövlət başçısı Fələstin lideri Mahmud Abbas ilə görüşü zamanı deyib.

"Bu dəqiqələrdə mənin ABŞ prezidenti cənab Trampla telefon danışığım olub", deyə V.Putin bildirib.

Onun sözlərinə görə, söhbət zamanı həmçinin Fələstin-İsrail münaqişəsinin nizamlanması məsələsi müzakirə olunub.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.