Dünya

Tramp Konqresdən 716 milyard dollar istəyib

12 Fevral 2018 21:57
1 Şərh     Baxış: 1 135
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Donald Tramp 2019-cu maliyyə ili üçün Konqresdən 716 milyard dollar istəyib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin müavini Devid Nordkvist bildirib.

Onun sözlərinə görə, Pentaqonun əsas ehtiyacları üçün 617 milyard, Əfqanıstanda, İraqda, Suriyada, Yəməndə, Somalidə və digər ölkələrdə aparılan hərbi əməliyyatlara isə 69 milyard dolların ayrılması nəzərdə tutulub.  

"Döyüş qabiliyyətinin qorunub saxlanılması və nüvə silahlarının müasirləşdirilməsi, eləcə də digər müdafiə xərclərinə 30 milyard dolların ayrılacağı gözlənilir", deyə D.Nordkvist bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.