Dünya

"ABŞ Rusiya ilə dialoqa açıqdı"

12 Fevral 2018 21:30
0 Şərh     Baxış: 231

ABŞ Rusiya ilə dialoqa açıq olaraq qalır, Vaşinqton Moskva ilə daha konstruktiv əlaqə qurmaq arzusundadır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Moskvada səfərdə olan ABŞ dövlət departamentinin rəsmisi Ketlin Kavalek bildirib.

"Mən Moskvada Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüşdüm, ikitərəfli münasibətləri müzakirə etdik, onların sabitləşdirilməsinin vacibliyini vurğuladıq. Münasibətlərimizdə yüksəlişlər də, enişlər də olub. Hazırda onlar aşağı səviyyədədir. Lakin ABŞ dialoqa açıq olmaqda davam edir", deyə K.Kavalek qeyd edib.

O əlavə edib ki, uzun illər boyu ABŞ-la Rusiya kosmos, biznes və mədəniyyət sahələrində əməkdaşlıq edib: "Birlikdə biz çox şey əldə edə bilərik və ABŞ Rusiya ilə  konstruktiv münasibətlərə dönmək istəyir".

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.