Dünya

Saakaşvili Ukraynanı tərk etdi - YENİLƏNİB

12 Fevral 2018 20:28
0 Şərh     Baxış: 3 694
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

20:28

Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili Ukraynanı tərk edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, M.Saakaşvili yerli vaxtla 16.00-da Kiyevdən Polşaya uçub.

Məlumata görə, M.Saakaşvili deportasiya yox, readmissiya edildiyi bildirilir.

Qeyd edək ki, readmissiya hər hansı bir dövlətin ərazisində qanunsuz olan əcnəbinin öz mənşə ölkəsinə və ya tranzit ölkə kimi istifadə etdiyi ölkəyə qaytarılmasıdır. 

Xatırladaq ki, sentyabrın 10-da Mixeil Saakaşvili Polşa-Ukrayna sərhədini keçib. Bundan əvvəl M. Saakaşvili ABŞ-da olarkən Ukrayna prezidenti Petro Poroşenko M. Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib. 

---------

18:08

"Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili Kiyevdə saxlanılıb".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu M.Saakaşvilinin vəkili Pavel Boqomazov deyib.

Məlumatda qeyd olunur ki, sabiq prezident Ukrayna Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və naməlum istiqamətdə aparılıb.

Ölkənin Daxili İşlər Nazirliyi M.Saakaşvilinin saxlanıldığını təsdiqləsə də, təfərrüatlar barədə məlumat verməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.