Dünya

ABŞ Misirə 1 milyard dollar ayırdı

12 Fevral 2018 20:25
0 Şərh     Baxış: 410

Vaşinqton Qahirəyə 1 milyard dollar ayırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın dövlət katibi Reks Tillerson Misirdə xarici işlər naziri Sameh Şukri ilə birgə mətbuat konfransı zamanı deyib.

Dövlət katibi bu vəsaitin terrorizmlə mübarizə üçün ayrıldığını vurğulayıb.

R.Tillerson deyib: "Vaşinqton terrorizmə qarşı mübarizədə hərbi potensialını artırması üçün Qahirəyə 1 milyard dollar ayırıb".

Qeyd edək ki, ABŞ-ın Qahirəyə illik hərbi yardımı 1,4 milyard dollar təşkil edir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.