Dünya

Moskvada mehmanxana yanır - Təxliyə aparıldı

12 Fevral 2018 15:20
0 Şərh     Baxış: 681

Moskvanın şimal-şərqində "Kosmos" mehmanxanasında baş vermiş yanğın lokallaşdırılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə paytaxt Fövqəladə Hallar Xidməti xəbər yayıb.

Son məlumata görə, yanğın 20 kvadrat metr ərazini əhatə edib. Hazırda yanğınsöndürənlər yanğının tam söndürülməsi istiqamətində işi davam etdirirlər.

Yanğından dərhal sonra obyektdən 200-dən çox adam təxliyə edilib, xəsarət alanlar barədə məlumat verilməyib.

Yanğının hansı səbəbdən baş verməsi məlum deyil.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.