Dünya

"Amerika ilə əlaqələrimiz ya düzələcək, ya da tamamilə pozulacaq"

12 Fevral 2018 13:33
1 Şərh     Baxış: 1 195

Amerika ilə əlaqələrimiz ya düzələcək, ya da tamamilə pozulacaq.

Milli.Az Sputniknews-a istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu konfrans zamanı çıxışında deyib.

"Amerikadan gözləntilərimiz açıq və dəqiqdir. Müəyyən məsələləri müzakirə etmək üçün itirilən güvənin yenidən qazanılması gərəklidir. Türkiyə dostlarına qarşı səhv etməz. Amma Amerika Türkiyəyə qarşı səhv edib. Amerika bizə verdiyi sözlərin üstündə durmur. Xalqımızın da, idarəçilərin də inamının itməsi normaldır. Biz artıq vədlər yox, konret addımlar istəyirik. Tillersondan da bunu istəyəcəyik. Münasibətlərimiz kritik vəziyyətdədir. Amerika ilə əlaqələrimiz ya düzələcək, ya da tamamilə pozulacaq.

İraqla sərhəd ərazilərdə İŞİD üzvləri var. Amerika YPG ilə əlaqə yaratmaq üçün bu terrorçulara toxunmur. Afrindəki YPG terrorçuları tutduqları İŞİD üzvlərini də buraxıblar. Onlar Afrində Türkiyə və Azad Suriya Ordusuna qarşı vuruşurlar.

Suriya torpaqlarını terrorçulardan azad edib, Suriya xalqına verəcəyik".

Qeyd edək ki, ABŞ-ın Dövlət katibi Reks Tillerson cümə axşamı Türkiyəyə səfər edəcək.

Bəxtiyar Umarlı
Milli.Az

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Rauf · 12 Fevral 15:1500

    Son 100 ilin təcrübəsi göstərir ki, belə görüşlərin heç bir əhəmiyyəti olmur. Kimin Türkiyəyəy gəlməsindən asılı olmayaraq ABŞ-Türkiyə münasibətlərində irəliləyiş olmayacaq.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.