Dünya

Məşhədə gedən avtobus aşdı - Ölü və yaralılar var

12 Fevral 2018 13:27
2 Şərh     Baxış: 1 410

İranın şərqində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, sərnişin avtobusunun qəzaya uğraması nəticəsində azı 9 nəfər həlak olub, 36 nəfər xəsarət alıb.

Hadisə Cənubi Xorasan əyalətində baş verib. Qeyd olunur ki, avtobus Qaçsaran şəhərindən Məşhədə hərəkət edirmiş.

İnsident nəticəsində xəsarət alanlar xəstəxanaya yerləşdirilib, bəzilərinin vəziyyəti ağır olaraq dəyərləndirilir.

Qəzanın hansı səbəbdən baş verməsi hələ məlum deyil. Hadisə ilə bağlı İran yol polisi araşdırmaya başlayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Məşədi · 12 Fevral 13:4842

    Cənnətə duşdulər

    Cavab yaz
    • Anonim
      Sakin. · 12 Fevral 16:3941

      Allah rehmet elesin.

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.