Dünya

SON DƏQİQƏ! Türkiyə ordusu Afrinin mərkəzinə doğru irəliləyir

12 Fevral 2018 11:38
3 Şərh     Baxış: 1 579

Türkiyə Silahlı Qüvvələrinin (SQ) Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində indiyədək 1369 terrorçu məhv edilib.

Milli.Az xəbər verir ki, Trend bu barədə Türkiyə SQ Baş Qərargahına istinadən məlumat verir.

Hərbi əməliyyatın 23-cü günündə terrorçuların mövqelərinə qurudan və havadan zərbələr endirilməsi davam edib.

Türkiyə ordusunun Afrinin mərkəzinə doğru mühüm nöqtələrdən biri olan Cinderese çatmasına 3 km məsafə qaldığı bildirilir.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

3 Şərh:

  • Anonim
    aydan · 12 Fevral 11:4270

    ireli turkuyem dualarimiz sizinledi

    Cavab yaz
  • Anonim
    asi · 12 Fevral 11:4360

    O gün olsun bizim də ordu Qarabağın mərkəzinə, Şuşaya, Xankəndinə girsin...

    Cavab yaz
    • Anonim
      Roya · 12 Fevral 12:0350

      Amin Asi xanim.insallah biz de dusmen uzerinde zeferimizin sevincini yasayariq.

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.