Dünya

Ərdoğan Putinə başsağlığı verib

12 Fevral 2018 08:33
0 Şərh     Baxış: 525

Milli.Az Trend-ə istinadən bildirir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyada baş verən sərnişin təyyarəsi qəzası ilə əlaqədar ölkənin başçısı Vladimir Putinə başşağlığı verib.

"Bütün rus xalqına Vladimir Putin şəxsində başsağlığı verirəm, həlak olanların ailələrinə səbr arzu edirəm", deyə Ərdoğan bildirib.

Qeyd edək ki, dünn Moskva-Orsk reysini həyata keçirən "Saratov Hava Yolları"na məxsus "An-148" sərnişin təyyarəsi "Domodedovo" hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra Moskva yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 65 sərnişin və 6 heyət üzvü olub. Son məlumatlara görə, təyyarənin qalıqları tapılıb, sağ qalan yoxdur.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.