Dünya

Rusiya aviasiyası Ermənistanda şərti düşmənin hərbi aerodromunu məhv edib

12 Fevral 2018 08:26
1 Şərh     Baxış: 1 965
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Ermənistandakı "Erebuni" aviabazasının MİQ-29 qırıcı təyyarələri və "Mİ-24P", "Mİ-8MT" hərbi helikopterləri təlimlər zamanı şərti düşmənin hərbi aerodromunu məhv ediblər. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rysiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəisi Vadim Astafyev bildirib. 

Təlimlər gündüz və gecə saatlarında keçirilib. 

"Dağlıq ərazinin mürəkkəb meteoroloji şəraitində keçirilən uçuşlar zamanı helikopterlərin ekipajları şərti düşmənin aviasiya texnikasına, aerodromun infrastruktur obyektlərinə zərbələr endirib, uçuş-eniş zolağını sıradan çıxarıb", - deyə Vadim Astafyev bildirib. 

Məlumata görə, təlimlər zamanı ekipajlar 20-dən çox təyyarə və helikopter uçuşlarını həyata keçirərək, döyüş tapşırıqlarını uğurla yerinə yetiriblər. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.