Dünya

Mövlud Çavuşoğlu Rusiyada təyyarə qəzası ilə əlaqədar başsağlığı verib

11 Fevral 2018 22:44
0 Şərh     Baxış: 860

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyada baş verən təyyarə qəzası ilə əlaqədar başsağlığı verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Çavuşoğlu başsağlığını Rusiyalı həmkarı Sergey Lavrova telefon danışığı zamanı verib.

Qeyd edək ki, bu gün Moskva-Orsk reysini həyata keçirən "Saratov Hava Yolları"na məxsus sərnişin təyyarəsi "Domodedovo" hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra Moskva yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 65 sərnişin və 6 heyət üzvü olub. Son məlumatlara görə, təyyarənin qalıqları tapılıb, sağ qalan yoxdur.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.