Dünya

Misir ordusu Sinayın şimalında 16 silahlını məhv edib

11 Fevral 2018 19:20
0 Şərh     Baxış: 291

Misir ordusunun bölmələri Sinay yarımadasının şimalında keçirdiyi antiterror əməliyyatının başladığı gündən 16 silahlını zərərsizləşdirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Misir Hərbi Qüvvələrinin yaydığı bəyanatda deyilir.

Bəyanatda bildirilir: "Misir HHQ-nin döyüş təyyarələri əməliyyat çərçivəsində ekstremistlərin qərargahları, informasiya mərkəzi daxil olmaqla 66 hədəfi vurublar".

Bundan əlavə qeyd olunur ki, 11 avtomobil, 10-dan çox motosiklet məhv edilib və bir neçə silah və hərbi sursat anbarları aşkar edilib. Əməliyyatın ilk günlərində radikal qruplaşmalarla əlaqəli olan 30-dan çox insan saxlanılıb.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.