Dünya

Rusiyada qəzaya uğrayan təyyarənin vertolyotla toqquşduğu bildirilir

11 Fevral 2018 18:23
1 Şərh     Baxış: 2 434
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskva ətrafında "An-148" sərnişin təyyarəsinin qəzaya uğradığı ərazidə ikinci hava gəmisinin də qalıqları aşkar edilib.

Milli.Az report.az-a istinadən bildirir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən "Lenta.ru" məlumat yayıb.

Nəşrin daha bir mənbəsi isə "An-148" təyyarəsinin çox güman ki, havaya qalxarkən vertolyotla toqquşduğunu qeyd edib.

Hadisə yerində 50 cəsədin tapıldığı bildirilir.

"İnterfax"ın mənbəsinin məlumatına görə isə təyyarə "Rusiya Poçtu"na məxsus vertolyotla toqquşub.

Öz növbəsində "Rusiya Poçtu" idarəyə məxsus vertolyotun "An-148" təyyarəsi ilə toqquşmasına dair məlumatı təkzib edib.

"Məlumat həqiqətə uyğun deyil. "Rusiya Poçtu" bu informasiyanı təkzib edir. "Rusiya Poçtu" iki ədəd "Tu-204" vertolyotundan istifadə edir", - deyə idarənin mətbuat xidmətindən bildirilib.

Hadisə şahidləri təyyarənin səmada yandığını bildirirlər. Söhbət hava gəmisində hər hansı bir partlayışın baş verə bilməsindən gedir.

Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 167 xilasedicisi və 34 ədəd texnikası cəlb olunub.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyev və nəqliyyat naziri Maksim Sokolov əraziyə yollanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.