Dünya

Moskvada təyyarə qəzası ilə bağlı cinayət işi açıldı

11 Fevral 2018 17:34
0 Şərh     Baxış: 1 673
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskva vilayətində "An-148" təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işi açılıb.

Milli.Az report.az-a istinadən bildirir ki, bunu Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko deyib.

"Moskva vilayətində "An-148" sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar "Ehtiyatsızlıqdan iki və daha çox insanın ölümü ilə nəticələnən hava nəqliyyatının istismar və təhlükəsiz hərəkəti qaydalarının pozulması" maddəsində nəzərdə tutulan cinayət əlamətləri üzrə cinayət işi açılıb", - deyə o bildirib.

Göyərtəsində 65 sərnişin və 6 heyət üzvünün olduğu "Saratov Hava Yolları" aviaşirkətinə məxsus "An-148" təyyarəsi Moskvadan Orsk şəhərinə uçarkən Ramenski rayonunun Arqunovo kəndində qəzaya uğrayıb. Təyyarə Domodedovo hava limanından uçduqdan iki dəqiqə sonra radarlardan itib. Təyyarənin qalıqları səmadan aşkar edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.