Dünya

"İsrailin cəzasız zərbələrinin zamanı bitdi"

11 Fevral 2018 16:29
31 Şərh     Baxış: 2 578
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cəzasız zərbələr zamanı keçdi və Suriya xalqı hər hansı bir təcavüz xarakterli hərəkətə cavab vermək iqtidarında olduğunu isbat etdi.

Milli.Az report.az-a istinadən bildirir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani İsrail sərhədindəki hadisə ilə əlaqədar vəziyyəti şərh edərkən deyib.

"Suriya milləti bu dəfə sübut etdi ki, o, təcavüz xarakterli istənilən hücuma cavab verəcək, çünki cəzasız zərbələrin zamanı sona çatdı", - deyə "Tasnim" agentliyi onun sözlərini sitat gətirib.

Fevralın 10-da İsrail Suriyadan ölkənin hava məkanına daxil olan İranın pilotsuz uçan aparatını vurub. Suriya hadisədən sonra hava hücumundan müdafiə sistemini işə salıb və nəticədə İsrail Hərbi Hava Qüvvələrinin ən azı bir təyyarəsi vurulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.