Dünya

İran prezidenti ABŞ-ı region ölkələrini parçalamağa çalışmaqda ittiham etdi

11 Fevral 2018 16:21
0 Şərh     Baxış: 895

İran prezidenti Həsən Ruhani İranın Suriya və İraqa yardımının bu ölkələrin parçalanması planlarını pozduğunu bəyan edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu gün Tehranda İslam İnqilabının 39-cu ildönümü ilə bağlı keçirilən təntənəli mərasimdə çıxış edən H. Ruhani deyib ki, ABŞ və İsrailin Livanda iğtişaş yaratmaq planı da İran və dost ölkələrin dəstəyi ilə pozulub.

Regiondakı problemlərin danışıqlar yolu ilə həllini zəruri sayan İran prezidenti ABŞ-ın İranın daxili işlərinə qarışmaq cəhdlərinin də baş tutmadığını vurğulayıb. H. Ruhani ABŞ-ın İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planının  ilə bağlı mövqeyini də tənqid edib: "ABŞ-ın Qüds planı da uğursuz oldu, çünki dünya bu çirkin plana müqavimət göstərdi". 

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.