Dünya

İran yeni ballistik raket nümayiş etdirib

11 Fevral 2018 15:44
1 Şərh     Baxış: 998
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün İran yeni "Qədr" ballistik raketini nümayiş etdirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, 2 min km uçuş məsafəsi olan raket bu gün Tehranda İslam İnqilabının 39-cu ildönümü ilə bağlı keçirilən təntənəli mərasimdə nümayiş etdirilib.

Raket hərəkətdə olan buraxılış qurğusundan və buraxılış şaxtasından atıla bilər. "Qədr" ballistik raketi radardan gizlənməyə imkan verən sistemlə təchiz olunub.

Mərasimdə "Fajr 5" yaxın mənzilli raketi və tank əleyhinə idarə olunan "Toufan 2-M" raketi də nümayiş olunub. Eyni zamanda son sınaq mərhələsində olan "Fateh" sualtı qayığı da nümayiş etdirilib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.