Dünya

Türk şagird müəllimi qucağına götürüb sinifdən çıxardı - QALMAQAL

11 Fevral 2018 12:47
8 Şərh     Baxış: 3 778
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə orta məktəblərdən birində baş vermiş hadisə qalmaqala səbəb olub.

Milli.Az lent.az-a istinadən bildirir ki, Tekirdağ vilayətinin Çorlu qəsəbəsindəki "Ahievran" litseyində dərs vaxtı şagirdlər müəllimlə zarafat etməyə başlayıb. Şagirdlərdən biri ayağa qalxaraq müəllimin paltarını ələ salıb, Ona qarşı təhqiramiz hərəkətlər edib. Daha sonra həmin şagird müəllimi qucağına alaraq sinif otağından çıxarıb.

Videonun sosial şəbəkədə yayılmasından sonra qəsəbə rəhbərliyi araşdırmalara başlayıb və polisə müraciət edilib. Qəsəbənin rəhbəri Levent Kılıç müəllimə qarşı nalayiq hərəkət edən 3 şagirdin müəyyənləşdirildiyini və araşdırmalardan sonra qəti qərar veriləcəyini deyib. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.