Dünya

ABŞ-da 4 nəfəri qətlə yetirən şəxs intihar etdi

11 Fevral 2018 11:14
0 Şərh     Baxış: 702
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Kentukki ştatında 4 nəfəri qətlə yetirən şəxs daha sonra intihar edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, şənbə günü Peyntsvill şəhərində atışma olması barədə polisə məlumat daxil olub.

Hadisə yerinə yollanan polislər bir evin mətbəxində güllələnərək öldürülmüş 2 nəfərin meyitini aşkarlayıb. Şahidlər qatilin qara rəngli "Toyota Camry" markalı avtomobillə hadisə yerindən uzaqlaşdığını bildiriblər. Bir müddət sonra həmin avtomobil Peyntsvill şəhərində küçələrdən birində aşkarlanıb. Avtomobilin dayandığı evin qarşısında aparılan axtarış zamanı daha iki nəfərin, o cümlədən cinayətkarın meyitləri aşkarlanıb. Cinayətkarın törətdiyi son qətllərdən sonra özünü öldürdüyü məlum olub. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.