Dünya

Boliviyada karnavalda partlayış baş verib, 8 ölü, 40 yaralı - YENİLƏNİB

11 Fevral 2018 20:55
0 Şərh     Baxış: 503

20:55

Boliviyanın Oruro şəhərində karnaval zamanı qaz balonunun partlaması nəticəsində 8 nəfər ölüb, 40 nəfər xəsarət alıb. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, partlayışa səbəb küçədə fəaliyyət göstərən açıq kafedə qaz balonundan istifadə qaydalarının pozulması olub. 

Faciə karnaval zamanı, izdihamın hərəkət etdiyi küçədə baş verib. Ölənlər arasında 3 üşağın olduğu bildirilir.

Boliviya prezidenti Evo Morales ölənlərin yaxınlarına başsağlığı verib. 

---------

09:20

Boliviyanın Oruro şəhərində keçirilən karnavalda partlayış olub.

Milli.Az report.az-a istinadən bildirir ki, bu barədə ölkə prezidenti Evo Morales özünün "Twitter"dəki mikrobloqunda yazıb.

Məlumata görə, hadisə zamanı azı 6 nəfər ölüb, daha 28 nəfər xəsarət alıb. Ölənlərdən 4-ü uşaqlardır. 

Xəsarət alanlar xəstəxanaya çatdırılıb. Yerli polisin məlumatına görə, partlayışa küçədəki çadırda yeməklə birlikdə qoyulan qaz balonu səbəb ola bilər. 

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.