Dünya

"Kiyev məni Polşaya deportasiya etməyi qərara alıb"

11 Fevral 2018 09:09
2 Şərh     Baxış: 1 746
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili rəsmi Kiyevin onu Polşaya deportasiya etmək qərarı verdiyini bildirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, M.Saakaşvili bu barədə "Rustavi-2" telekanalına müsahibəsində bildirib.  

"Ukrayna Prokurorluğu məni ölkədən deportasiya etmək üçün ev dustaqlığıma xitam verib. Məlumatıma görə, Ukrayna Miqrasiya Xidməti mənim deportasiya olunmağıma dair sənədlər paketini artıq imzalayıb. Daha doğrusu, söhbət readmissiyadan gedir - Ukraynaya haradan daxil olmuşamsa, həmin ölkəyə qaytarmaq istəyirlər, yəni Polşaya",  - deyə M.Saakaşvili qeyd edib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.