Dünya

"Boko Haram" 13 girovu azad etdi

11 Fevral 2018 07:55
0 Şərh     Baxış: 284

"Boko Haram" terror qruplaşması Nigeriyada oğurlanmış 13 girovu azad edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, girovlar Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə keçirilmiş hakimiyyət nümayəndələri ilə danışıqlardan sonra azad edilib.

Azad edilənlər arasında UNIMAID universitetinin üç mühazirəçisinin və on qadının olduğu bildirilir.

Məlumata əsasən, onlar Borno ştatının Mayduquri şəhərinin yaxınlığında terrorçuların polis konvoyuna hücumu zamanı oğurlanıb.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.