Dünya

Tehran İsrailin iddiasını gülünc adlandırdı

10 Fevral 2018 23:59
7 Şərh     Baxış: 1 782
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran PUA-sının Suriyada uçuşu ilə bağlı İsrailin iddiası gülüncdür.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi deyib.

"İran PUA-sının uçuşu və sionist rejimə məxsus hərbi təyyarənin İran tərəfindən vurulmasına dair  iddialar  gülüncdür. İran Suriyada yalnız  məsləhətçi kimi  iştirak edir və  bu ölkənin qanuni və legitim hökumətinin dəvəti ilə oradadır", - deyə B.Qasimi qeyd edib. 

B.Qasimi deyib ki, müstəqil bir ölkə kimi Suriya dövlətinin öz ərazi bütövlüyünü  müdafiə etmək və  hər növ xarici təcavüzlə mübarizə aparmaq qanuni hüququ var: "Sionist rejim həmişəki kimi, yalan məlumat yaymaqla və ixtilaflar yaratmaqla regionun müsəlman xalqlarına qarşı  cinayətlərini və təcavüzlərini ört basdır etmək istəyir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.