Dünya

Afrində 11 türk əsgəri şəhid olub, daha 11 hərbçi yaralanıb - YENİLƏNİB

10 Fevral 2018 23:54
4 Şərh     Baxış: 3 094
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində keçirdiyi "Zeytun budağı" əməliyyatı çərçivəsində şəhid olan türk hərbçilərinin sayı artıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.

Məlumatda qeyd edilir ki, əməliyyatlar zamanı 11 türk əsgəri şəhid olub. Habelə daha 2 əsgər yaralanıb. Hərbi əməliyyatlar zamanı azı 26 terrorçu zərərsizləşdirilib. 

21:56

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində keçirdiyi "Zeytun budağı" əməliyyatında bir neçə hərbçi şəhid olub.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "Hürriyyet" Türkiyə Silahlı Qüvvələrinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, bu gün keçirilən hərbi əməliyyatlarda 3 hərbçi həlak olub. Əməliyyat zamanı habelə daha 5 hərbçi yaralanıb.

Türkiyə Silahlı Qüvvələri PKK-nın Suriya qolu PYD və YPG-nin, habelə İŞİD-in azı 15 terrorçusunu zərərsizləşdirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.