Dünya

Parisə uçan təyyarə geri qayıtmağa məcbur oldu

2 Fevral 2018 13:05
0 Şərh     Baxış: 789
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Air France" şirkətinin Honq Konqdan Parisə uçan təyyarəsi texniki qüsurlarla əlaqədar geri qayıtmalı olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, təyyarə Çinin Uhan şəhəri üzərində olarkən pilotlar mühərrikdə qüsurların ola biləcəyini bildiriblər.

Təyyarə hava limanına qayıdaraq uğurlu eniş edib.

Hadisə nəticəsində xəsarət alanlar olmayıb.

Qeyd edək ki, bu son günlər ərzində qeydə alınan ikinci belə hadisədir. Belə ki, ötən gün Honq Konqdan Filippinə uçan daha bir təyyarə geri qayıtmalı olmuşdu.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.