Dünya

Ərdoğan təsdiqlədi: "Türkiyə Mənbic şəhərində də hərbi əməliyyat keçirəcək"

26 Yanvar 2018 14:12
0 Şərh     Baxış: 1 913
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Silahlı Qüvvələri (SQ) Suriyanın Mənbic şəhərində də əməliyyat keçirəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Hazırda Mənbic şəhəri PYD və YPG terror təşkilatlarının nəzarəti altındadır.

Türkiyə Silahlı Qüvvələrindəki mənbə bundan əvvəl Trend-ə bildirmişdi ki, Türkiyə Suriyanın şimalında Mənbic şəhəri istiqamətində də cəbhə aça bilər: "Türkiyə Silahlı Qüvvələri "Azad Suriya Ordusu" ilə birgə Afrin bölgəsinin azad edilməsi üzrə hərbi əməliyyatları uğurla davam etdirir. Afrində görülən tədbirlər "Zeytun budağı" əməliyyatı ilə məhdudlaşmayacaq".

Qeyd edək ki, ötən gün "Zeytun budağı" əməliyyatı çərçivəsində Türkiyə Hərbi Hava Qüvvələri ilk dəfə Suriyanın Mənbic şəhərinə aviazərbələr endirib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.