Dünya

Afrində daha bir türk hərbçi həlak oldu

23 Yanvar 2018 16:23
7 Şərh     Baxış: 1 302
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin daha bir hərbçisi Suriyanın Afrin bölgəsində aparılan "Zeytun budağı" əməliyyatı zamanı həlak olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Nazir "Twitter" səhifəsində yazıb ki, ölən türk hərbçilərin qanı yerdə qalmayacaq: "Terrorun kökünü kəsənə qədər mübarizəyə davam edəcəyik".

Qeyd edək ki, "Zeytun budağı" əməliyyatı zamanı yanvarın 22-də də bir türk hərbçi ölüb.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.