Dünya

Ərdoğan: ""Zeytun budağı" əməliyyatı Suriyanın ərazi bütövlüyünün təmini üçündür" - YENİLƏNİB

22 Yanvar 2018 16:15
7 Şərh     Baxış: 2 504
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16:15

Afrində davam edən "Zeytun budağı" əməliyyatı Suriyanın ərazi bütövlüyünün təmin olunması məqsədi daşıyır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R.T.Ərdoğan vurğulayıb ki, Suriyanın parçalanması nə Türkiyə, nə İraq, nə də İranın maraqlarına cavab verir:

"Türkiyəyə Suriya əraziləri lazım deyil, amma Ankara Suriyanın şimalında təhlükəsizliyi təmin etməyə məcburdur".

Qeyd edək ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

----------

15:56

"Terror qruplaşmalarına ilk zərbəni "Fərat qalxanı" ilə vurmuşduq".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Bizim kürd qardaşlarımızla problemimiz yoxdur. Məsələ kürd dəhlizində də deyil. Biz terrorçuların istifadə etdikləri dəhlizə qarşıyıq. Kürd dəhlizi ilə terrorçuların ixtiyarında olan dəhlizin fərqini mən burada izah etməyə borclu deyiləm. Hatayada Elektrik stansiyasına atılan raket nəticəsində bir vətəndaşımız şəhid olub. Şəhidimizin qanı yerdə qalmayacaq. Afrindən geri çəkilməyəcəyik", - deyə o, vurğulayıb.

R.T.Ərdoğan bildirib ki, Türkiyə ordusu Afrində vəzifəsini icra edir və edəcək: "Türkiyənin bu əməliyyatlarda əsas hədəfi təhlükəsizliyini, Suriyanın ərazi bütövlüyünü təmin etməkdir. Həmin terrorçular Türkiyə üçün nə dərəcdə təhdid yaradırsa, eyni dərcədə İran, Suriya, İraq və bütövlükdə bölgə üçün təhlükə mənbəyidir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.