Dünya

“Damarımı doğrayacam, ancaq xidmət etməyəcəyəm” - Ermənistan ordusunun əsgəri

22 Yanvar 2018 15:29
2 Şərh     Baxış: 1 800
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində xidmət edən erməni əsgəri Ernest Ovanisyanın yaralanmasının təfərrüatı məlum olub.

Milli.Az report-a istinadən xəbər verir ki, o, Yerevandakı "Murastan" hərbi hospitalına yerləşdirilib.

Ermənistan Silahlı Qüvvələrinin əsgəri Qarabağdakı işğalçı ordunun hərbi birliyinin binasının pəncərəsindən özünü ataraq xidmət etmək istəmədiyini bildirib: "Damarımı doğrayacam, ancaq xidmət etməyəcəyəm".

Məlumata görə, E.Ovanisyan yanvarın 12-də Dağlıq Qarabağa işğalçı ordunun tərkibində xidmət etməyə çağrılıb. O, Qarabağa gətirildiyi ilk gündən xidmət etmək istəmədiyini bildirirmiş.

Hadisəni Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan da təsdiqləyib. 

Qeyd edək ki, yanvarın 20-də Ermənistanın işğalı altında saxlanılan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni əsgəri Ernest Ovanisyanın müəmmalı şəkildə yaralanması barədə məlumat yayılmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.