Dünya

Türkiyə bu görüntüdən danışır - "Atam islanmasın" - FOTO

19 Yanvar 2018 14:33
1 Şərh     Baxış: 4 586
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Qaziantep şəhərindəki Yeşildere məktəbində çəkilən görüntülər sosial şəbəkədə diqqət çəkib.

Milli.Az Haberler-ə istinadla xəbər verir ki, görüntülərdə şagirdlərin Atatürkün büstünə çətir tutması əks olunub. 

Belə ki, tənəffüs zamanı yağışlı havada büstün islandığını görən məktəblilər heykəlin üstünə çətir tutublar.

Onların bu halı müəllimlərini kövrəldib. Müəllim şagirdlərin xəbəri olmadan onların şəklini çəkib, "Atam islanmasın" başlığı ilə sosial şəbəkədə yayıb.

Foto qısa zamanda minlərlə dəfə bəyənilib, paylaşılıb, müzakirə edilib.

Emin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.