Dünya

"Qərbin məqsədi Türkiyəni parçalamaqdır"

19 Yanvar 2018 11:45
2 Şərh     Baxış: 640
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qərbin son məqsədi Türkiyəni parçalamaqdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidentinin köməkçisi Yalçın Topçu deyib.

Y.Topçunun sözlərinə əsasən, "ərəb baharı" bir sıra müsəlman ölkələrində radikalizmin artmasına səbəb olub ki, bu da, əslində, qərbin əsas məqsədidir:

"Bu gün radikallar iddia edirlər ki, guya əsl islamı təmsil edirlər, lakin onların islamla heç bir əlaqəsi yoxdur".

Prezidentin köməkçisi qeyd edib ki, Türkiyə qərbin planına mane ola biləcək yeganə ölkədir:

"Türkiyə həmişə bütün radikal və terror təşkilatları ilə fəal mübarizə aparacaq. Ümumiyyətlə, radikallarla, terror təşkilatları ilə, o cümlədən PKK ilə mübarizə onlar tam məhv edilənə qədər aparılacaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.