Dünya

Moskvada qar onlarla reys təxirə saldı

18 Yanvar 2018 12:30
0 Şərh     Baxış: 1 275
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskvada kəskin hava şəraiti ilə əlaqədar hava limanlarında 10-dan çox reys təxirə salınıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Domodedovo hava limanında 13 reys təxirə salınıb, daha 4 reysin isə ləngidiyi barədə məlumat verilib.

Bundan başqa, Şeremetyevo hava limanında isə 7 reysin ləngidiyi bildirilib.

Moskvanın digər hava limanlarında - Vnukovo və Jukovski aeroportlarında ləngimələrin olmadığı bildirilir.

Qeyd edək ki, hazırda Moskavada küclü küləklə müşayiət olunan qarlı hava hökm sürür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.