Dünya

Sinəm adam öldürdü, birini isə yaraladı - FOTO

17 Yanvar 2018 09:49
4 Şərh     Baxış: 5 015
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstanbulun Beykoz rayonunda 24 yaşlı Sinəm A. bir evdə birlikdə içki içdiyi Uğur Gümüşü bıçaqlayaraq öldürüb, eyni evdə olan Süleyman Bostanı da ağır yaralayıb.

Milli.Az Sabah-a istinadən xəbər verir ki, Sinəm A. (24) Uğur Gümüş (30) və Süleyman Bostan (57) birlikdə spirtli içki qəbul ediblər. İddiaya görə, Uğur Gümüş, Sinəm A.-ya söyüş söyüb və təhqirlər artınca mübahisə yaranıb.

Sinəm A. evdə əlinə keçən bıçaqla öncə Uğur Gümüşü, sonra da Süleyman Bostanı bıçaqlayıb. Məhəllə sakinləri evdən gələn səs-küy sonrası polisə xəbər veriblər. Ağır yaralı olan Gümüş və Bostan xəstəxanaya çatıdırılsalar da, birinci həyatını itirib. 

Sinəm A. saxlanılıb.

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.