Dünya

ABŞ və Çin liderləri Şimali Koreyanı müzakirə ediblər

16 Yanvar 2018 23:24
0 Şərh     Baxış: 873
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Donald Tramp və Çin sədri Si Tzinpin arasında telefon danışığı olub. Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin məlumatında bildirilir.

Məlumata görə, telefon danışığı zamanı liderlər Şimali Koreya ətrafındakı vəziyyəti müzakirə ediblər.

Donald Tramp və Si Tzinpin  razılığa gəliblər ki, Seul və Pxenyan arasında dialoqun davam etdirilməsi KXDR rəhbərliyinin "destruktiv davranışında" dəyişikliyə səbəb olar.

Tramp Şimali Koreyanın nüvəsizləşdirilməsinə nail olmaq üçün ABŞ-ın bu ölkəyə qarşı təzyiqi davam etdirəcəyini qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.