Dünya

"Əlillik haqqında arayışların yarıdan çoxu saxtadır"

16 Yanvar 2018 12:57
0 Şərh     Baxış: 2 303
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə əlillik haqqında arayışı yalnız Səhiyyə Nazirliyinin müəyyən etdiyi xüsusi xəstəxanalar verəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Əhməd Dəmircan bildirib.

Ə.Dəmircan deyib ki, aparılan araşdırmalar son bir il ərzində əlilliklə bağlı verilən arayışların yarıdan çoxunun saxta olduğunu göstərib: "Bu məsələ ilə bağlı araşdırma aparılır və cinayət işi başlanıb".

Nazir qeyd edib ki, bütün bunlarla yanaşı, xüsusi xəstəxanaların əməkdaşları bundan sonra özləri əlil vətəndaşların evinə gedəcək və orada müayinə aparacaqlar.

Məlumat üçün bildirək ki, statistikaya əsasən Türkiyədə 5 milyon əlilliyi olan şəxs var və bu, ölkə əhalisinin 6,6%-ni təşkil edir. Əlillərin 42,8%-i kişi, 57,2%-i isə qadındır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.