Dünya

Doğum evində anasının yanında yatan körpə oğurlandı - VİDEO - FOTO

16 Yanvar 2018 10:59
0 Şərh     Baxış: 2 260
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Doğum evindən 6 saat əvvəl doğulan körpə oğurlanıb.

Milli.Az Dailymail-ə istinadla xəbər verir ki, körpənin oğurlanma anı xəstəxananın təhlükəsizlik kameralarına düşüb.

Kameralara düşən görüntülərə görə doğum evinə gizlicə girən kimliyi bilinməyən qadın anasının yanında yatan, 6 saat əvvəl doğulan körpəni götürüb, xəstəxanadan çıxıb.

Kadrlar Hindistandakı "Thane" doğum evində çəkilib.

Körpənin anası 19 yaşlı Mohini Mohan Bhavar hadisədən sonra polisə müraciət edib. O bildirib ki, hadisə baş verən zaman yuxulu olub və onun yanına gələn qadını qayınanası zənn edib.

Emin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Doğum evində anasının yanında yatan körpə oğurlandı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.